Onlayn-kursların məzunları işəgötürənlərin etibarını qazanmaqda çətinlik çəkirlər
Onlayn-təhsil biznesinin sürətlə inkişafı ilə əlaqədar olaraq dünyanın əksər reytinqli ali məktəbləri bu sferaya ciddi önəm verməyə başlayıblar. Belə bir rəy formalaşıb ki, məsafədən təhsil xidmətləri göstərə bilməyən universitet müasir sayıla bilməz. Klassik təhsilin ömrünün son anlarını yaşadığını, bir azdan insanların həyatları boyunca yalnız onlayn-təhsil alacaqlarını düşünənlər də yox deyil. Məsafədən təhsilin şübhəsiz ki, müsbət tərəfləri var. Məsələn, tələbənin xərcləri baxımından qənaət deməkdir, məsafə qət etməyə ehtiyac yoxdur, hər yaşda şəxs üçün əlçatandır və s. Bunların hamısı çox gözəl, ancaq çox vaxt cavabını axtarmadığımız bir sual açıq olaraq qalır: onlayn-təhsil əsasında diplom, yaxud sertifikat alan şəxslər sonra işə düzəlmə istiqamətində hansı nailiyyətləri əldə edə bilirlər? Daha doğrusu, nə kimi maneələrlə üz-üzə qalırlar? Axı hamımız bilirik ki, təhsilin son hədəfi uğurlu karyeradır. Məsafədən təhsil alanların karyera qurması prosesində işləri necə gedir?
Onlayn-təhsil mövzusuna çox toxunmuşuq, ancaq gəlin bu dəfə problemə fərqli rakursdan baxaq.
Etibarsız diplom
Onlayn-kursların əleyhdarları hesab edirlər ki, bu yolla əldə edilən təhsil səthi xarakter daşıyır. Bu sahədə xidmətlər göstərən “Coursera”, “Udemy”, “Udacity”, “edX” şirkətlərinin məlumatlarını analiz edən Amerikanın Elmin İnkişafına Dəstək Assosiasiyası belə nəticəyə gəlib ki, onlayn-kursları keçmiş şəxslərin təqribən 52%-i əldə etdikləri biliklərdən praktikada yararlana bilmir. Onların aldıqları sertifikatlar işəgötürənlər üçün nüfuzlu sənəd sayılmır, çünki əksəriyyət düşünür ki, məsafədən təhsil almaqla iş üçün tələb olunan bilik və bacarıqlara yiyələnmək mümkün deyil.
Onlar qənaətlərində olsun, ancaq onlayn-kurslar ciddi biznes sferası olaraq qalmaqda davam edir. Əgər belədirsə, məsafədən təhsilə baş vuranlar gələcək karyeraları baxımından nəyə ümid edirlər? “Google” şirkətinin HR-ı Laslo Bok hesab edir ki, diplom işləmək istəyən şəxs üçün karyera təminatı deyil. Bununla belə, bir çox şirkətlər, o cümlədən “Google”-un özü üçün də diplom əsas meyar olaraq qalmaqdadır. Buna görə də insanlar təhsil aldıqlarını təsdiqləyən hər hansı bir sənədin əldə olunmasına meyilli qalmaqda davam edirlər. İnsanlar diplom və sertifikatlarını bilik və bacarıqlarının artdığını təsdiqləyən faktor kimi qiymətləndirirlər. Müasir həyatımızda işəgötürən üçün “life-long learning” amilinin əhəmiyyəti çox artıb. Sadə dillə desək, göstər görüm nə qədər çox oxumusan. İndi hesab etməyə başlayıblar ki, insan həyatı boyu oxumalı və təkmilləşməlidir.
Universitetlər bir-birinin ardınca onlayn xidmətlər göstərməyə başlayır və ildən-ilə qiymətləri qaldırmaqda davam edirlər. Məsələn, “Financial Times”-ın məlumatına görə, Uorton biznes-məktəbində magistratura təhsilinin qiyməti 42 min ABŞ dolları təşkil edir.
İndiana Universitetində isə 80 min dollar. Yeri gəlmişkən, bu universitetin magistratura pilləsi üzrə onlayn-kurslar ABŞ-da ən güclü sayılır. Karnegi-Mellona Universitetində isə analoji xidmətlər nə az, nə də çox - 132 min dollar təşkil edir. Nüfuzlu Uorton biznes-məktəbinin onlayn-kurs magistrləri deyirlər ki, işəgötürənlər onların əldə etdikləri biliklərə ehtiyatla yanaşırlar, bir çox hallarda etibar etmirlər və nəticədə onlar özlərini onlayn-təhsildən əvvəl olduqları təhsil pilləsində hiss edirlər. “Kelley School of Business” Universitetinin MBA məzunları bildirir ki, iş üçün müraciət etdikləri ünvanlardan müsbət cavab almaqda çətinlik çəkirlər.
Təhsildən çox biznes
Bir tərəfdən onlayn-kurslar təklif edən ali məktəblər çoxalır. Onlara ehtiyac duyan şəxslərin də sayında azalma müşahidə olunmur. Digər tərəfdən isə tənqid artmaqda davam edir. Məsələn, “Strayer online MBA” barədə yazırlar: “Kimi gəldi qəbul edirlər. Fakültə əməkdaşlarına təzyiqlər edirlər ki, hamı imtahandan keçməlidir. Təhsil izah olunmayan dərəcədə bahadır. Tələbənin ödədiyi məbləğin 33%-i steykholderə (maraqlı tərəfə), 33%-i marketinq xərclərinə, 33%-i isə təhsil xərclərinə yönəldilir. Məktəbin əsas məqsədi pulunuzu alıb sizi saxlamaqdan ibarətdir. Ona görə də tədris standartları çox aşağıdır. Məzunlara işə düzəlmə prosesində heç bir kömək göstərilmir. İşəgötürənlər isə pulla alınmış diploma etibar etmirlər”.
“University of Maryland University College”-nin MBA üzrə onlayn-proqramını belə təsvir edirlər: “Məktəb özünü məktəb deyil, biznes kimi aparır. Təhsil haqqı bir gün gecikəndə sənə dayanmadan zəng edəcəklər. Sual üçün professora müraciət etsən, cavabsız qalacaqsan. Mən bir həftəyə bütün işlərimi hazırlayıb təhvil verirdim və ən azı 88%-lik nəticə göstərirdim. Hər şey olduqca çox asan başa gəlirdi. Düzünü deyim, tələbə yoldaşlarımı görəndə xəcalət çəkməyə başladım”.
Bu isə “Columbia Southern University” barədə deyilənlərdən: “Heç bir dərsi professor keçmir. Müəllimlərə “moderator” demək daha düzgün olardı. Onlar tələbələrin mürəkkəb suallarına cavab vermirlər, yaxud verə bilmirlər. Diplomu alsam da, nə gələcəyə dair bir perspektiv əldə edə bilmişəm, nə də iş tapmışam”.
Bir çoxları pulla aldıqları onlayn-kurs sertifikatlarını öz rezümelərinə əlavə edirlər. Əslində isə bu kağız parçasının mövcudluğu təcrübə ilə gələn bacarıqları əvəzləyə bilmir. Milyonlarla şəxs liderlik, idarəetmə, kommunikasiya bacarıqlarına dair sertifikatı 2-3 ay çəkən proqram vasitəsilə əldə edirlər və düşünürlər ki, hər cür diqqətə layiq biliklər qazanıblar. Ekspertlər hesab edir ki, bacarıqlar barədə səthi təsəvvür hazırda biznesin ən böyük problemlərindən biridir. Təhsil eksperti Saymon Sinek hesab edir ki, liderliyə dair sertifikatların heç bir əhəmiyyəti yoxdur, insana praktika lazımdır. Ceyson Barger isə yazır: “Liderlik tədrisi proqramları iflasdır. Kursların böyük əksəriyyəti insan düşüncəsinin transformasiyası əvəzinə 8 saatlıq informasiya axınına üstünlük verir”.
Emosiya, emosiya!
Gələcəyin peşələrinə dair proqnozlar verən mütəxəssislər hesab edir ki, alqoritmlərin əvəzləyə bilməyəcəkləri insan bacarıqlarına ehtiyac hər zaman olacaq. Söhbət emosional intellekt, yaradıcı və tənqidi düşüncə, insanlarla kommunikasiya, maraq, oxumaq üçün motivasiyadan gedir. Ekspertlərə görə, onlayn-kursların insanlara bu qabiliyyətləri aşılaya bilməməsinin aşağıdakı səbəbləri var:
- Onlayn-kurslar müəllimlə əks-rabitə və ünsiyyəti nəzərdə tutmayıb. Onların əksəriyyəti əyləncəli videokontent kitabxanasından ibarətdir. Məsələn, “Udemy”nin heç bir kursu əks-rabitə imkanı vermir. Eyni zamanda, verilən sertifikatın bacarıqların formalaşmasını təsdiqləyən sənəd olduğuna da təminat yoxdur.
- Kurslardakı müəllimlərin səviyyəsi olduqca aşağıdır. Onların əksəriyyətinin nə təhsil metodikaları var, nə də geniş onlayn-auditoriya qarşısında çıxış bacarığı.
- Onlayn-məktəblər əksər hallarda heç bir yatırım tələb etməyən gəlir sahəsidir. Hər şey çox sadədir: yad şəxslərin biliklərini alıb-satmaqla yaxşı pul əldə etmək olar.
Yuxarıda qeyd olunanları ümumiləşdirib belə nəticəyə gələ bilərik ki, kütləvi onlayn-proqramlar vasitəsilə hansısa biliyə nail olmaq mümkündür. Ancaq insani bacarıqlara yiyələnmək üçün əks-rabitə, ünsiyyət, qruplarda iş kimi amillərin olması nəinki vacibdir, hətta mütləqdir.
Təcrübə göstərir ki, onlayn-təhsil sahəsi getdikcə daha da genişlənib şaxələnəcək. Birincisi, bu, biznesdir. İkincisi isə asan yolla “təhsil” almaq istəyənlər həmişə olacaq. Di gəl ki, onlayn-təhsil kommunikasiya sarıdan kasad olduğundan onun karyeraya transformasiyası qüsurlu yeri olaraq qalmaqda davam edəcək.

Rüstəm QARAXANLI