Çiba Universitetinin mühəndisləri iki robota cütlük şəklində üç topun köməyi ilə “jonqlyorluq etməyi” öyrədiblər.
Onlara “jonqlyorluq etmək” bacarığını aşılamaqda yaponiyalı mühəndislərin əsas məqsədi, robot manipulyatorlara cismin ölçüsünü, xüsusiyyətlərini və sürətini tez və dəqiq qiymətləndirməyi öyrətməkdir. Bu bacarıqlar robotlara sənaye istehsalı və avtomatlaşdırma sahəsində öz vəzifələrini daha effektiv yerinə yetirməyə kömək edəcək.
Mühəndislərin tətbiq etdiyi alqoritmin köməyilə robotlar topu tutub bir-birinə çox asan ötürə bilirlər. Onlara topu görə bilmək üçün yüksək sürətli kameralar quraşdırılıb. Həmin kameraların köməyi ilə robotlar topları saniyədə min dəfə izləyə bilirlər.
Robotlar topun hərəkət trayektoriyasını düzgün hesablaya, hətta topun hərəkət istiqaməti dəyişdiyi təqdirdə əllərinin vəziyyətini müvafiq şəkildə dəyişə bilirlər.
Xatırladaq ki, bir neçə gün öncə Massaçusets Texnologiya İnstitutunun mühəndisləri beynin qan damarlarına nüfuz edib qan laxtalarını təmizləyə bilən nazik və çevik hərəkətli robot hazırladıqları barədə ictimaiyyətə məlumat veriblər. Maqnit hissəcikləri olan titan örtüklü nazik tel şəkilli robotun köməyi ilə insult və anevrizma kimi ağır xəstəliklərin qarşısını almaq mümkündür. O, bədənə femoral arteriya vasitəsilə daxil edilir.
Tehsil-press.az