Şəmkirdə toyda dava: 3 nəfər bıçaqlandı

Şəmkirdə toyda dava: 3 nəfər bıçaqlandı Şəmkirdə toyda kütləvi dava olub.

Tehsil-press.az-ın verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri, 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı, 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlü Mahmud Mahmudovu bıçaqlayıb. Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun cinayəti sərxəş vəziyyətdə törətdiyi bildirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər