Öldürülən qadınların sayı qədər binadan ayaqqabı asıldı - Fotolar+Video

Öldürülən qadınların sayı qədər binadan ayaqqabı asıldı - Fotolar+Video Türkiyədə qadın cinayətlərinə diqqət çəkmək üçün maraqlı addım atılıb.
İstanbulun Kabataş ərazisində binalardan birinin fasadına 440 qadın ayaqqabısı düzülüb. Bu ayaqqabılar 2018-ci ildə kişilər tərəfindən öldürülən qadınların sayını ifadə edir. 260 kvadrat metrlik ərazidə 2 divara düzülən ayaqqabılar hər kəsin diqqətini cəlb edib.
Qrafik-dizayner Vahid Tuna tərəfindən hazırlanan layihənin bütün istanbullulara tanıdılacağı, kişilərin zorakılığı nəticəsində dünyasını dəyişən 440 qadının adının xatırlanması məqsədilə ərsəyə gətirirldiyi bildirilib.
Açılış gələn həftə reallaşdırılacaq.



Tehsil-press.az


Oxşar xəbərlər