Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramına həsr olunmuş “Payızın ortası” adlı tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bu bayramın vaxtı ikən Azərbaycanda keçirilən tarixi Kövsəc mərasimi ilə oxşarlığı haqqında məlumat verərək, həmrəylik xarakteri daşıyan hər iki bayramı ailə üzvləri, yaxın qohumlar, dostlar bir yerə toplaşaraq qeyd etdiyini vurğulayıb.
ADU Konfutsi İnstitutunun müəllimləri “Payızın ortası” bayramının tarixi və bununla bağlı əfsanələr haqqında məlumat veriblər.
Tədbirdə çıxış edən ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri bayramın simvollarından biri olan Aya həsr olunmuş qədim Çin şairlərinin şeirlərini oxuyub, ay tanrısı Çan E- nın rəqsini ifa ediblər.
Sonda qonaqlara evdəki rifah və xoşbəxtliyi simvolizə edən ənənəvi ay qoğalları təqdim edilib.

ADU-nun Mətbuat Xidməti