ADU-da Çin Sevgililər Günü qeyd edilib

ADU-da Çin Sevgililər Günü qeyd edilib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin romantik ənənəvi bayramı sayılan Qixi - "Yeddilər gecəsi"nə həsr olunmuş tədbir keçirilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov gənc çoban və səmavi pərinin qəlbə toxunan sevgisinin qədim əfsanəsi ilə əlaqəli bayramın tarixi haqqında danışıb. O, qeyd edib ki, bu gün qızlar çələng və fənərlər ilə evləri bəzəyir, göylərə ibadət edir, meyvələrdən, çiçəklərdən, çaydan və tozdan qurbanlar gətirir, müvəffəqiyyətlə ailə qurmağı arzu edirlər. Aşiqlər bir-birinə simvolik hədiyyələr verirlər.
Tədbirdə ADU-nun Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri sənətkarlıq, sevgi və xoşbəxtlik bəxş edilməsi ilə bağlı bayramının ənənəvi Qisiao ritualında iştirak ediblər.

ADU-nun Mətbuat Xidməti


ADU-da Çin Sevgililər Günü qeyd edilib

ADU-da Çin Sevgililər Günü qeyd edilib


Oxşar xəbərlər