Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayessin Azərbaycanın ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsilinin olmaması, ali təhsili olan müəllimlərin belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malik olması ilə bağlı fikirlərinə münasibət bildirib.
M.Abbaszadə qeyd edib ki, hansısa dili öyrənmək üçün o dildə danışan insanların mühitində yaşamaq, həmin dildə olan ədəbiyyatları mütəmadi oxumaq, televiziyada verilişlərə baxmaq, o dili eşidib, danışmaq lazımdır. Amma sovet təhsil sistemində belə şərait olmayıb:
"Sovet dövründə bizim müəllimlər ali təhsil alan zaman onların bu cür kompetensiyalar əldə etmək imkanı olmayıb. Bəlkə də onların hansısa kompetensiyaları var, onlar dilin qrammatikasını bilirlər və belə təsəvvür edirlər ki, dili də bilirlər. Ancaq onların real kompetensiyaları beynəlxalq imtahanlarla yoxlanıldıqda bacarıqlarının kifayət qədər olmadığı müəyyən olunur. Bu da tələb edir ki, müəllimlər ilk növbədə təlimə cəlb edilməlidirlər. Bu çox vacibdir. Buna görə utanmaq lazım deyil. Bu, təkcə bizim ölkədə deyil. Bizə sovet təhsil sistemindən çox şey, o cümlədən "Sovet English" tədris sistemi qalıb".
M.Abbaszadə əlavə edib ki, artıq həm orta, həm də ali məktəblərdə təlim prosesi müasir ingilis dilinin tələblərinə uyğun qurulmalıdır: "1990-cı illərdə orta məktəblərdə ingilis dilini ən yaxşı bilən müəllimlər neft şirkətlərinə işə qəbul olunublar və təhsil sistemindən uzaqlaşıblar. İndi də xarici dili yaxşı bilən gənc çox zaman məktəbə getmir və özü üçün başqa bir yerdə iş tapır. Bu hal təkcə Azərbaycanda müşahidə edilmir. İngilis dilini bilənlər üçün bütün Avropanın əmək bazarı açıqdır. Bizim üçün vacibdir ki, ingilis dilini bilmək kütləvi olsun. Azərbaycan gəncləri dünya təhsil sisteminə inteqrasiya olmaq istəyirsə, hansısa beynəlxalq dili yüksək səviyyədə bilməlidir. Hər bir vətəndaş heç olmasa, bir müasir Avropa dilini yaxşı bilməlidir. Bu bizim gələcək üçün məqsədimizdir. Hansısa gənc bunu edə bilirsə, ona iş yeri tapmaq daha asan olur. Bununla yanaşı, imtahanlarda olan tələblər də müasir ingilis dilinin tələblərinə uyğun olmalıdır. Bizə lazım deyil ki, şagirdlər imtahan verdikdən sonra yenidən arxaik dildə danışsınlar".
Xatırladaq ki, Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayess qeyd edilən fikirlərini Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransa (IAEA 2019) etdiyi müraciətdə açıqlayıb. Bakıda keçirilən konfrans bu gün öz işini yekunlaşdırıb.
Tehsil-press.az