Azərbaycanla Çin arasındakı münasibətlər son illərdə bir çox məsələlər üzrə ardıcıllıq və qarşılıqlı anlaşma ilə xarakterizə olunur, “İpək Yolu İqtisadi Kəməri” layihəsinin icrası isə ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verir və Azərbaycanın Cənubi Qafqaz regionunda lider ölkə kimi əhəmiyyətini artırır.
Bunu Tehsil-press.az-a Qərb Universitetinin professoru, ekspert Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, Çin bu layihədə çox maraqlıdır, çünki bu, Çin yüklərinin ölkəmizin ərazisindən keçməsini nəzərdə tutur:
“Ümumilikdə Çinlə Azərbaycan arasında qarşılıqlı münasibətlər ticari-iqtisadi, humanitar sahələrdə əməkdaşlığın geniş spektri, eləcə də irimiqyaslı beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması sayəsində kifayət qədər perspektivlidir. Çin Azərbaycanla əməkdaşlığa aşkar maraq göstərir, çünki ölkəmiz faktiki olaraq Avropa və Asiya arasında beynəlxalq yükdaşımalar üçün nəqliyyat qovşağına çevrilib”.
Ekspert həmçinin Azərbaycanla Çin arasında siyasi əlaqələrin yüksək əhəmiyyətini qeyd edib:
“Çin ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəkləyir və dövlətimizin milli sərhədlərinin toxunulmazlığının tərəfdarıdır. Bizim üçün Çinin bu faktı tanıması böyük əhəmiyyət kəsb edir, bu, öz növbəsində siyasi dialoqun dəstəklənməsi üçün stimuldur”.
Tehsil-pess.az