Bakı Dövlət Universitetinin (BDU) Sosial iş ixtisası (gənclərlə iş ixtisaslaşması) üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün “Gənclərlə iş üzrə fənn və universitetdə gənclərlə işin təşkilinin tədris olunması” (“Youth work as discipline and teaching youth work at university”) mövzusunda açıq dərs keçirilib.
Dərsi UNİSEF-in beynəlxalq ekspertləri Tanya Dibou və İlona-Evelin Rannala təqdim ediblər.
Qeyd edək ki, açıq dərs UNİSEF tərəfindən gənclərlə iş ixtisaslaşması üzrə təhsil proqramının hazırlanması və azərbaycanlı mütəxəssislərə bu sahədə dəstək göstərilməsilə bağlı layihə çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində, həmçinin BDU-nun müvafiq mütəxəssisləri, o cümlədən Sosial iş kafedrasının əməkdaşları ilə görüşlər olub, treninqlər təşkil edilib.

BDU-nun Mətbuat Xidməti