Siqaret çəkməyin yeni təhlükəsi açıqlandı

Siqaret çəkməyin yeni təhlükəsi açıqlandı Britaniyalı genetiklər siqaret çəkməyin şizofreniya və depressiyaya gətirib çıxardığını aşkar ediblər. Oxumeni.az bildirir ki, onların bu araşdırması “Psychological Medicine” nəşrində yerləşdirilib.
Elmi eksperimentin keçirilməsi üçün onlar Birləşmiş Krallıqda yaşayan yarım milyondan çox insanın DNT analizinin nəticələri ilə tanış olublar. Məlum olub ki, şizofreniya və depressiyadan əziyyət çəkənlər digərlərinə nisbətən siqaretdən daha çox istifadə ediblər.
Alimlər hesab edir ki, nikotin şizofreniya və depressiyanın inkişafında iştirak edən beyin neyromediatorlarına (serotonin və dofamin) neqativ təsir göstərir.

Tehsil-press.az



Oxşar xəbərlər