Əziz bəzi cəbhəçilər (Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri - red), bu gündən sizin üçün də var. Birlikdə AND deyilən təşkilat yaratdığınız Fikrət Hüseynli və vitrinə qoyduğunuz Türkel Azərtürkün əməllərini nə tez unutduz?! Sizlə bağlı da işlər gedir, buna əmin ola bilərsiniz.
Bunu Avropada yaşayan gənc fəal Nahid Cəfərov Müsavat Partiyasının "mühacir alveri" qalmaqalından danışarkən deyib.
O bildirib: "Getdikcə həm çəbhəçilərə, həm də hər kəsə aydın olacaq ki, xalq niyə sizlərə və sizin simanızda bütün müxalifətə nifrət edir".
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar. AXCP təmsilçiləri isə "aydan arı, sudan duru" görkəmi ilə susmağa üstünlük verirlər.
Tehsil-press.az