Rektor Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşüb

Rektor Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşüb.
Görüşdə Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımız üçün tətbiq ediləcək “yeni beyinqazanma” üzrə proqramın Azərbaycan universitetlərində tətbiq edilməsi haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, proqram Azərbaycan əsilli xarici vətəndaşlar olan gənclərin ölkəmizdə təhsil almasını nəzərdə tutur. Proqram çərçivəsində xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün ölkəmizin ali təhsil müəssisələrində onların mühazirələrinin keçirilməsi də planlaşdırılır.
Rektor Vilayət Vəliyev bildirib ki, mütəxəssis hazırlamaq hər bir universitetin öz öhdəsinə düşür. Bunun üçün dünyanın müxtəlif universitetləri ilə birgə ikili proqramların hazırlanması və təcrübə mübadiləsinin aparılması vacibdir.

Tehsil-press.az

Oxşar xəbərlər