21 noyabr 1992-ci il - Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün, müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının yarandığı gündür.
Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, məhz, 27 il əvvəl xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb:
“Əslində,Yeni Azərbaycan Partiyasının 27 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib.
Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının 27-ci ildönümü haqqında danışarkən ilk növbədə dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən kino lenti kimi keçir, ulu öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır.
Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib.Yeni siyasi fəlsəfə ilə, yeni baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya qısa bir zamanda böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin dedyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib”.
Deputat vurğulayıb ki, öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib:
“Bu gün də Yeni Azərbaycan Partiyası ölkə Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir.
27 ildə Yeni Azərbaycan Partiyasının uğurları, qələbələri hər kəsin gözü önündə olub. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi xətt xalqın partiyaya sevgisini günbəgün artırıb.
Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikirləri hər bir dövr üçün aktuallığını qoruyur. Partiyanın 252 ərazi ilk partiya təşkilatında 43478 nəfər partiya üzvünü birləşdirən Gəncə şəhər təşkilatı da böyük inkişaf yolu keçərək, öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib. 1993-cü il 23 iyul tarixindən dövrün təzyiqlərinə, qadağalarına baxmayaraq, Ulu öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşin iştirakı ilə təsis edilən Gəncə şəhər təşkilatı fəaliyyət göstərdiyi illər ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini təkmilləşdirib.
Sevindirici haldır ki, təşkilatının üzvlərinin 55,8 faizini savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclər, 62,1 faizini isə qadınlar təşkil edir. Bütün bunlar Gəncə sakinlərinin partiyanın bu gününə və gələcəyinə olan inamın göstəriciləridir. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər.
YAP Gəncə şəhər təşkilatının üzvləri monolit birliyi, sosial bazası və yüksək intellekti olanYeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib, müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə əzmkarlıqla fəaliyyət göstərirlər.
İnanırıq ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 27 illik şərəfli tarixi yol əbədi olacaq və partya ölkəmizin qüdrətinin artırılmasında öz dəsti-xətti, imzası ilə yeni töhfələrini xalqımıza ərməğan edəcək.
Cəmiyyətimizin ən ləyaqətli və şərəfli nümayəndələri sayılan partiyamızın üzvlərini, bütün Azərbaycan xalqını əlamətdar gün münasibəti ilə təbrik edirəm!”.
Tehsil-press.az