Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi əqidənin əsasını qoyub

Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi əqidənin əsasını qoyub Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24 illiyinə həsr olunan tədbir keçirilib.
UNEC Qadınlar Şurasının sədri, distant, qiyabi və əlavə təhsil mərkəzi direktorunun müavini Təranə Kərimova partiyanın keçdiyi yola qısa nəzər salıb. Bildirilib ki, hakim partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin çətin sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərən hakim partiyanın qurucusunun dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olmasının bu prosesdə mühüm və əhəmiyyətli rol oynadığı vurğulanıb.
YAP UNEC ilk ərazi təşkilatı idarə heyətinin üzvü Hikmət Babayev YAP-ın ümummilli partiya olduğunu söyləyib.
Digər çıxış edənlər YAP-ın Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi sabitlik yaratdığını, ölkəni çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini diqqətə çatdırıblar. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü və ardıcıl davam etdirildiyi bildirilib.

UNEC-in Mətbuat Xidməti


Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi əqidənin əsasını qoyubYeni Azərbaycan Partiyası Azərbaycanda siyasi əqidənin əsasını qoyubYeni Azərbaycan Partiyası Azərbaycanda siyasi əqidənin əsasını qoyub

Oxşar xəbərlər