Qaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilib

Qaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilib Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən Tehsil-press.az-a verilən məlumata görə, tədbirdə RİH başçısı Süleyman Mikayılov, millət vəkili, YAP Siyasi Şurasının üzvü, Musa Quliyev, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon ziyalıları və fəal gənclər iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, hörmət və ehtiramlarını bildiriblər.
S.Mikayılov bildirib ki, YAP-ın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir: “YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyaya çevrildi. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın inkişafı naminə çalışdı”.
O, tarixə nəzər salaraq 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quiyev YAP-nın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. YAP üzvlərinin ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etdiyini deyən natiq Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoyub: “YAP siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynayır. İnanırıq ki, bundan sonra da belə davam edəcək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyalarını yaşadacaq. Partiyamız Ulu Öndər siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq”.
Digər natiqlər çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, YAP hər zaman dünəninə hörmət, gələcəyinə rəğbətlə yanaşır: “Bu da partiyamızda yaşlı nəsillə bərabər, qadınlara, gənclərə olan inamın təcəssümüdür. Ona görə də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası kimi xalqımızın həyatında öz sözünü deməyə qadir partiyadır”.
Sonda YAP Qaradağ rayon təşkilatının 9 nəfər fəal üzvünə rayon İcra hakmiyyətinin fəxri fərmanları təqdim olunub.

Qaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilibQaradağda YAP-ın yaranmasının 24 illiyi qeyd edilib

Oxşar xəbərlər