Azərbaycan neftinin qiyməti dəyişdi

Azərbaycan neftinin qiyməti dəyişdi CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 25-də 67,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.
Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,88 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,42 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər