Universitetdə Tələbələrin 65-ci Elmi-Texniki Konfransı keçirilir

Universitetdə Tələbələrin 65-ci Elmi-Texniki Konfransı keçirilir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan, Tələbələrin 65-ci Elmi-Texniki Konfransı öz işinə başlayıb.
TGədbirdə universitetin rektoru, professor Mustafa Babanlı müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb.
Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor universitetdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. M.Babanlı deyib ki, 2005-ci ildə “Thomson Reuters” şirkətinin bazasında ADNSU-nun müəllimlərinin beş məqaləsi yer aldığı halda, 2016-cı ilin on ayı ərzində bu məqalələrin sayı 46-ya çatıb.
Tekoplast şirkətinin təsisçisi, dosent Fuad Nəbiyev istehsalat ilə elmin vəhdətinin əhəmiyyətini qeyd edib.
Kimya texnologiyaları fakültəsinin dekanı, dosent Fəttah Həşimov, iqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov çıxış edərək konfransın əhəmiyyətini diqqətə çatdırıblar.
Konfransın təşkilinin əsas məqsədi bacarıqlı və savadlı tələbələri aşkara çıxarmaq və onların bacarıqlarının gələcək layihələrdə tətbiqinə nail olmaqdır.
Qeyd edilib ki, konfransa 240 məruzə təqdim olunub. Birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplomlar, yeddi nəfərə isə həvəsləndirici mükafatlar veriləcək.
Konfrans dekabrın 13-də başa çatacaq.

ADNSU-nun Mətbuat Xidməti


Universitetdə Tələbələrin 65-ci Elmi-Texniki Konfransı keçirilirUniversitetdə Tələbələrin 65-ci Elmi-Texniki Konfransı keçirilirUniversitetdə Tələbələrin 65-ci Elmi-Texniki Konfransı keçirilirUniversitetdə Tələbələrin 65-ci Elmi-Texniki Konfransı keçirilirUniversitetdə Tələbələrin 65-ci Elmi-Texniki Konfransı keçirilir

Oxşar xəbərlər