Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Tələbələrin 65-ci Elmi-Texniki Konfransı başa çatıb.
Mərasimində universitetin rektoru, professor Mustafa Babanlı cəmiyyətin inkişafında elmin, təhsilin rolundan danışıb. Bildirilib ki, konfransın keçirilməsinin məqsədi tələbələrin elmə marağının artırılması olub.
Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Yunis Qəhrəmanlı konfransın uğurla keçdiyini, ümumilikdə nəzərdə tutulmuş 240 mövzudan 195-nin dinlənildiyini diqqətə çatdırıb. Səkkiz nəfərin birinci, 16 nəfərin ikinci, 22 nəfərin üçüncü yeri tutduğu, yeddi nəfərin həvəsləndirici mükafata layiq görüldüyü bildirilib.
“Xəzər Mühəndisləri İctimai Birliyi”nin icraçı direktoru Həsən Abbasov son bir ildə ADNSU-da bir çox layihələrin həyata keçirildiyini qeyd edib.
Digər çıxış edənlər qalibləri təbrik edib, uğurlar arzulayıblar.

ADSNU-nun Mətbuat Xidməti