Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının, AvroQafqAsiya Cəmiyyətinin, Erkən Tarix Muzeyinin, Şərqi Avropa üzrə Alman Mədəniyyət Forumunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə reallaşan “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” fotosərgisinin açılışına həsr olunan tədbir keçirilib.
Tədbiri açan Azərbaycan tarixi kafedrasının müdiri və AvroQafqAsiya cəmiyyətinin sədri professor Eva-Maria Aux sərgi və onun təşkilatçıları barədə məlumat verib. Professor bildirib ki, XIX əsrdə Azərbaycanda və Gürcüstanda məskunlaşmış almanların iqtisadi, mədəni və məişət həyatını, onların yerli əhali ilə münasibətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi cari il martın 19-dək Berlin Humboldt Universitetində, daha sonra Almaniyanın bir sıra başqa şəhərlərində, ardınca Bakıda, Göygöldə, eləcə də Gürcüstanda və Ukraynada açılacaq.
Tarix fakültəsinin dekanı professor Qabriele Metsler təmsil etdiyi universitetdə Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsinin Azərbaycanın tarixi və mədəniyyətinin alman gəncləri arasında tanıdılması, eləcə də Azərbaycan dilinin tədrisi baxımından əhəmiyyətini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, Almaniyanın ölkəmizdəki keçmiş səfiri Haydrun Tempel çıxış edərək Azərbaycanda diplomatik fəaliyyəti zamanı onda yaranmış təəssüratlarını bölüşüb, ölkəmizdə alman irsinin qorunmasına dair faktları təqdim edib. O, Azərbaycanda tarixin bütün səhifələrində almanlara qarşı tolerant münasibətin mövcud olduğunu, Azərbaycan Demokratik Respublikasında alman icmasının öz deputatı ilə təmsil olunduğunu bildirib.
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədov çıxış edərək Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin tarixi və bu gününə nəzər salıb. O, 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını vurğulayıb. A.Məmmədov Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sərəncam imzalandığını qeyd edib.
Diplomat Azərbaycanda hökm sürən multikultural mühit və dini tolerantlıqdan danışaraq, ölkəmizdə məskunlaşmış almanlara münasibətdə mövcud olan xoş rəftarın və hazırda alman irsinin dövlət səviyyəsində qorunmasının iki ölkə arasında cari münasibətlər üçün möhkəm əsas yaratdığını bildirib. Ölkəmizin regionda aparıcı gücə çevrildiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün regionun inkişafı üçün maneə olduğunu qeyd edən A.Məmmədov Almaniyanı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə töhfə vermək üçün səylərini artırmağa çağırıb. Çıxışlardan sonra tədbir iştirakçıları üçün ziyafət verilib.