Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş “Müasir dövrdə Azərbaycanda ərəb dilinin tədrisi: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov Beynəlxalq Ərəb Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycanın görkəmli ərəbşünas alimləri Aida İmanquliyeva, Ələsgər Məmmədov, Vasim Məmmədəliyevin və digər alimlərin ölkəmizdə ərəb dilinin inkişafına verdiyi töhfələr haqqında söhbət açıb.
Aİİ rektoru ali təhsil müəssisəsində tələbələrin ilahiyyat elmlərinə dərindən yiyələnməsi, tədqiqatlar aparması üçün ərəb dilinin tədrisinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.
C. Məmmədov daha sonra ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən bəhs edib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla, ardıcıl və məqsədyönlü şəkildə davam etdirdiyini bildirib.
Aİİ-nin yaradılmasında qarşıya qoyulan məqsədlərdən bəhs edən rektor gənc nəslin layiqli vətəndaş kimi milli-mənəvi ruhda yetişməsi, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün İnstituda silsilə maarifləndirici tədbirlərin keçirildiyini nəzərə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov “Klassik Azərbaycan ədəbiyyatında ərəb söz və ifadələrinin işlədilməsi xüsusiyyətləri” mövzusunda məruzə edib. Klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəbmənşəli alınma söz və ifadələrin işlədilməsi xüsusiyyətləri haqqında geniş məlumat verib.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Mahir Həmidov “Şərqlə Qərb – Aida İmanquliyeva yaradıcılığında fərqli dünyalar, ortaq dəyərlər” mövzusunda çıxış edib. M. Həmidov görkəmli ərəbşünas alim, professor Aida İmanquliyevanın müqayisəli tədqiqatını apardığı ədəbiyyat fonunda ərəb məhcər ədəbiyyatçılarının yaradıcılığından bəhs edib. Bildirib ki, Uzaq Şərq düşüncə və inanc sistemlərindən Latso, Budda, Brahma kimi fikir öndərlərinin təlimlərinin bilicisi olan ərəb məhcər ədəbiyyatçılarının ədəbi irsinin müqayisəli tədqiqatını aparmaq, ən azından, həmin mütəfəkkirlərin ədiblər səviyyəsində olmasını tələb edir: “Bu baxımdan, ərəb məhcər ədəbiyyatçılarının ədəbi-fəlsəfi irsini, adlarını qeyd etdiyimiz ədib və mütəfəkkirlərlə müqayisəli şəkildə tədqiq etmək Aida xanımın, sadəcə, ərəb ədəbiyyatı mütəxəssisi kimi deyil, eyni zamanda, fərqli ədəbi və fəlsəfi cərəyanların, multikultural dəyərlərin də dərin bilicisi olduğunu göstərir”.
Dosent M. Həmidov daha sonra qeyd edib ki, əslində, bu gün qloballaşan dünyamızda Şərqlə Qərb – bu iki fərqli dünya arasında ortaq dəyərlər axtarıb-tapmağa çalışan hər bir tədqiqatçı üçün ərəb məhcər ədəbiyyatçılarının yaradıcılığı, eləcə də bu qaynaqların tədqiqinə bir ömür həsr etmiş professor Aida İmanquliyevanın əsərləri qiymətli mənbə kimi özdəyərini hər zaman qoruyub saxlamışdır.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri i.f.d., dosent Məmmədəli Babaşlı “Müasir Azərbaycan ərəbşünaslığının təşəkkülündə və inkişafında professor Ələsgər Məmmədovun rolu və xidmətləri” mövzusundakı məruzəsində alimin həyatı və elmi fəaliyyəti haqqında məlumat verilib. O bildirib ki, müasir Azərbaycan ərəbşünaslıq məktəbinin banisi, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Ələsgər Məmmədov elmi-pedaqoji fəaliyyətində bir çox ilklərə imza atıb. M. Babaşlı Bakı Dövlət Universitetində ərəb dili və ədəbiyyatı şöbəsi fəaliyyətə başlayarkən, müəssisənin təşkilində Ə. Məmmədovun müstəsna xidmətləri olduğunu vurğulayıb.
M. Babaşlı qeyd edib ki, ideoloji təzyiqlərə, mövcud maneələrə, kadr çatışmazlığına rəğmən Ələsgər müəllimin fədakar əməyi sayəsində Azərbaycanda ərəbşünaslıq məktəbi yenidən dirçəlib və çox keçmədən, Sovetlər Birliyində öncül mövqeyə yüksəlib. Müasir dövrdə ərəb dilinin tədrisi məsələsinə toxunan M. Babaşlı müstəqillik dövründən etibarən qazanılan nailiyyətlərdə Ələsgər müəllimin müstəsna rolu olduğunu vurğulayıb: “Ərəb dilinin dərin bilicisi, müəllimlik peşəsinin vurğunu, mahir pedaqoq olan Ələsgər müəllim, sanki bu dünyaya dil öyrənmək və öyrətmək üçün gəlmişdi”.
Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müdiri f.f.d., dosent İlkin Əlimuradov ərəb dilinin Aİİ-də tədrisi haqqında geniş məlumat verib. İ. Əlimuradov tədris olunan dərsliklər barədə bəhs edərək bildirib ki, bu kitablar İnstitut fəaliyyətə başladığı zaman müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub. Daha sonra vurğulayıb ki, Ərəb dili fənni üzrə dərs proqramını başa vuran tələbələr, əsasən, ictimai-siyasi və elmi-dini mövzularda yazılmış sadə və ortaçətinlikli müasir ərəb mətnlərini lüğət vasitəsilə oxuyub başa düşmək, müvafiq tərcümə, şifahi və yazılı nitq vərdişləri əldə etmək üçün zəruri olan nəzəri və əməli biliklərə yiyələnirlər.
Tədbirdə Ələsgər Məmmədovun qızı Şərafət Məmmədova professor haqqında xatirələrini bölüşüb. Yetişdirdiyi şərqşünasların bu gün də onun yolunu davam etdirdiyini, Ərəb dilinin sistemli şəkildə öyrənilməsində müəllifi olduğu dərsliyin hər zaman aktuallığını qoruduğunu bildirib.
Filologiya elmləri doktoru professor Nəsrulla Məmmədov professor Ələsgər Məmmədovun elmi fəaliyyəti haqqında söhbət açıb, onun müəllifi olduğu kitabın bu günədək ərəb dilinin tədrisində geniş istifadə olunduğunu qeyd edib.

Aİİ-nin Mətbuat Xidməti