Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə II Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev professor Aida İmanquliyevanın şərqşünaslıq elminə töhfələrindən danışıb. Bildirib ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə həsr edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib.
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrini araşdıran ilk azərbaycanlı olduğunu vurğulayan rektor alimin analitik təfəkkürü və zəngin mütaliəsini tədqiqatlarının əsas uğurunu şərtləndirən amillər kimi qeyd edib.
Rektor Elçin Babayev görkəmli alimin Azərbaycan şərqşünaslıq elmini beynəlxalq konfranslarda layiqincə təmsil etməsindən, yüksəkixtisaslı ərəbşünas kadrlan hazırlanmasında xidmətlərindən danışaraq uzun illər Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərdiyini, ərəb filologiyası fənnindən oxuduğu maraqlı mühazirələri ilə yetirmələrinin yaddaşlarında dərin iz buraxdığını da diqqətə çatdırıb.
Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, 1962-ci ildə Şərqşünaslıq fakültəsinin ilk ərəbşünas məzunlarından biri olan Aida İmanquliyeva 1966-cı ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyası müdafiə edib, həmin ildən Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlayıb, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1991-ci ildən ömrünün sonunadək direktoru vəzifələrində çalışıb. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müdafiə edib. Aida xanım elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, uzun müddət BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs aparıb.
Tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva və magistr Nigar Bağırlı alimin şərqşünaslıq elminə töhfələrindən danışıblar. Tədbir Aida xanım İmanquliyevaya həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

BDU-nun Mətbuat Xidməti