AzTU ilə ‘’Baku Drilling School’’ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

AzTU ilə ‘’Baku Drilling School’’ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Dekabrın 20-də SOCAR AQŞ-nin dəstəyi ilə Bakıda Xəzər Hövzəsi regionunun ən müasir Qazma Təlim Mərkəzi hesab edilən – Baku Drilling School-un açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirib ki, SOCAR AQŞ Baku Drilling School-u təsis etməklə regionun neft-qaz sənayesində səriştəli kadrların yetişdirilməsinə özünəməxsus töhfəsini verir.
Tədbirdə ‘’Baku Drilling School’’ MMC ilə Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan-Fransa Universiteti arasında potensial əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.
Məlumat üçün bildiririk ki, neft-qaz sənayesinin müxtəlif sahələrinə dair 40-dan çox təlim proqramlarını təklif edən Baku Drilling School regionda Quyuya Nəzarət Beynəlxalq Forumu (IWCF), Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (İADC) və Dənizdə Neft Sənayesi Təlim Təşkilatı (OPİTO) kimi nüfuzlu təsisatların akkreditasiyalarını əldə etmiş ilk təlim mərkəzidir.
Qeyd edək ki, Baku Drilling School-un açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Yaşar Lətifov, yerli və beynəlxalq neft-qaz sənayesinin nüfuzlu təmsilçiləri iştirak ediblər.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər