“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilər arasında keçirilmiş referat müsabiqəsində seçilmiş yazı işlərindən ibarət kitabın təqdimat mərasimi təşkil olunub.
Mərasimdə məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şagirdlərin tarixi şəxsiyyətlərlə bağlı hazırladıqları kompozisiyalarla tanış olublar.
Təqdimat mərasimində çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev paytaxt məktəbliləri arasında təşkil olunmuş referat müsabiqəsinin şagirdlərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağını artırmaq məqsədlərinə xidmət etdiyini bildirib.
Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini söyləyən idarə müdiri dahi liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, paytaxtın ümumi təhsil müəssisələrini əhatə edən müsabiqə çərçivəsində çoxsaylı şagirdlər öz referatlarında Ulu Öndərə olan məhəbbətlərini yaradıcı şəkildə ifadə ediblər.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov müsabiqənin şagirdlərdə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edərək müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, 6 nömrəli tam orta məktəbin direktoru Gülşən Orucova, 132-134 nömrəli təhsil kompleksinin müəllimi Aygün Əfəndiyeva, 297 nömrəli tam orta məktəbin şagirdi Əntiqə Niftəliyeva və digər çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.
Qeyd edək ki, 2019-cu ilin əvvəlində Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilərin referat müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmiş 1116 şagirdin yazı işindən 60-ı seçilərək hazırlanmış kitaba daxil edilib.
Tehsil-press.az