Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya”da məqalələrin yaradılması və redaktəsi” mövzusunda təlim keçirilib.
Kitabxananın “Vikipediya” Metodik Mərkəzi tərəfindən ödənişsiz təşkil edilən təlimlərdə tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılıb. Onlara, həmçinin “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
Tehsi-press.az