BDU-nun filologiya fakültəsinin tələbələri “Vikipediya” təlimlərində

BDU-nun filologiya fakültəsinin tələbələri “Vikipediya” təlimlərində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbə və magistrləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxananın (MEK) “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak ediblər.
Tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılıb. Onlara, həmçinin “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
Təlimlərdə iştirak edən könüllülər “Vikipediya”da ədəbiyyat və filologiya mövzusunda məqalələrin yaradılması, redaktəsi və boşluqların aradan qaldırılması ilə bağlı fəaliyyət göstərəcəklər. Bu həftə fakültənin daha bir qrupu təlimlərdə iştirak edəcək.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər