ADU-da Milli Məclisin deputatı ilə görüş

ADU-da Milli Məclisin deputatı ilə görüş Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə müəllim və tələbələrin növbəti görüşü keçirilib.
Rektor Kamal Abdulla görüşün əhəmiyyətindən, ölkəmizdə son dövrlərdə baş verən müsbət dəyişikliklər fonunda universitetdə olan yeniliklərdən danışıb. O bildirib ki, bu gün Azərbaycanın haqq sözünü bütün dünya eşidir. İstənilən məkanda və zamanda Azərbaycanın haqq işi, müstəqil siyasəti və mövqeyi dövlət başçısı tərəfindən cəsarətlə söylənilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Bu gün istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan müstəqil inkişaf yolu ilə uğurla gedir və gedəcək. Bu nailiyyətlər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkanlar yaradır. Azərbaycan Prezidentinin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq.
Məlahət İbrahimqızı dəvətə görə rektora təşəkkür edib, tələbələrlə hər zaman ünsiyyətdə olmaqdan məmnun olduğunu söyləyib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafına layiqli töhfə verir. YAP öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında davam etdirir, Ulu Öndərin yolu ilə irəliləyir. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlətimizin başçısına, onun siyasətinə böyük inamını ifadə edir.
Qeyd olunub ki, Azərbaycan gəncləri öz bilik və bacarıqlarını, istedadlarını Azərbaycanın parlaq gələcəyi, işıqlı sabahı naminə istifadə etməlidirlər.
Tədbirdə tələbələrin sualları cavablandırılıb.

ADU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər