Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı üçüncü “Açıq qapı” günü keçirilib.
“Açıq qapı”da rektora ünvanlanan müraciətlər əsasən qaib limitinin ötməsi və bu səbəbdən imtahana buraxılmama halları ilə bağlı olub. Tələbələr və valideynləri buna görə üzrlü səbəblər gətiriblər.
UNEC-in rektoru, professor Ədalət Muradov bütün müraciətlərin ətraflı araşdırılacağını və qaydalar çərçivəsində kömək göstəriləcəyini bildirib. Bunun üçün universitetin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
“Açıq qapı” günündə də imtahan prosesi ilə bağlı şikayətlər qeydə alınmayıb.
Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı bildirib ki, imtahanlara dair ciddi şikayətlərin olmaması UNEC-in rəhbərliyinin son illər həyata keçirdiyi mütərəqqi islahatların, şəffaflaşma siyasətinin nəticəsidir. “Bu, həm də onu göstərir ki, yaranmış hər hansı problem dərhal yerində həll olunur, aradan qaldırılır”, - deyə o vurğulayıb.
Tehsil-press.az