Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə bağlı ikinci “Açıq qapı” günü keçirilib.
Tədbirdə universitetin rektoru, professor Ədalət Muradov, İctimai Nəzarət Şurasının üzvləri - Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva iştirak ediblər.
“Açıq qapı” günündə müxtəlif məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib. Daha çox müraciət qaib limitinin aşılmasına görə imtahana buraxılmama ilə bağlı olub. Rektor istisna hallar və üzrlü səbəblər nəzərə alınmaqla, həmin müraciətlərin araşdırılaraq müsbət həll edilməsinə dair müvafiq struktur bölmələri rəhbərlərinə göstəriş verib. Bundan əlavə, diplom müdafiəsi, mübadilə proqramı çərçivəsində təhsildən sonra yaranmış çətinliklərlə bağlı müraciətlərə də baxılıb. Bu istiqamətdə magistr və tələbələrə kömək göstəriləcəyi bildirilib.
“Açıq qapı” günündə hazırda davam edən imtahan sessiyası, imtahan sualları və s. haqda şikayət olmayıb.

UNEC-in Mətbuat Xidməti