Bakı Slavyan Universitetində “Bir” Tələbə-Könüllü proqramının təqdimatı olub

Bakı Slavyan Universitetində “Bir” Tələbə-Könüllü proqramının təqdimatı olub Bakı Slavyan Universitetində (BSU) I kurs tələbələri üçün Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib.
Təqdimatın aparıcısı Faiq Mirzəyev “Bir” Tələbə-Könüllü proqramı barədə tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, bu proqram gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etmək, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, yeni dostlar qazanmaq imkanlarını yaradır. Sonra “Bir” Tələbə-Könüllü Proqramının 2018-ci il üzrə hesabatı, könüllülərin videoçarxı nümayiş olunub.
Tədbirdə prorektor Xanım Sultanova BSU tələblərinin beynəlxalq və ölkədaxili tədbirlərdə fəal iştirakından danışıb. O, daha sonra “Bir” Tələbə-Könüllü proqramının vaxtilə BSU üzrə koordinatorları olan Məmmədəli Həsənovun və Fidan Qazaxovanın məzun olduqlarını qeyd edib, hər bir tələbəni onlar kimi fəal olmağa çağırıb.
Proqramın meneceri Canoğlan İlyasov çıxışında bildirib ki, ölkəmizdə irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər böyük rol oynayır. C.İlyasov könüllər üçün yaradılan karyera imkanlarından, “Bir” Tələbə-Könüllü proqramının Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Şəki şəhərlərində keçirilən təqdimatlarından da söz açıb. O, tələbələri proqram çərçivəsində həyata keçirilən layihələrdə fəal olmağa səsləyib.
Təqdimat zamanı maraqlı oyun və müsabiqələr keçirilib, gənclərin ifasında “Tələbə” mahnısı ifa olunub.

BSU-nun Mətbuat Xidməti


Bakı Slavyan Universitetində “Bir” Tələbə-Könüllü proqramının təqdimatı olubBakı Slavyan Universitetində “Bir” Tələbə-Könüllü proqramının təqdimatı olub

Oxşar xəbərlər