Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetində I kurs tələbələri üçün Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatı keçirildi.
Tədbiri universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev açaraq “Bir” Tələbə-Könüllü proqramı haqqında məlumat verdi. Bildirdi ki, proqram ölkədə vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Ölkəmizdə bir çox genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər mühüm rol oynayırlar. Proqram gənclərin asudə vaxtlarının maraqlı və səmərəli keçməsinə xidmət edir. Sumqayıt Dövlət Universitetinin könüllü tələblərinin beynəlxalq və ölkədaxili tədbirlərdə fəal iştirakından danışdı və hər bir tələbəni onlar kimi fəal olmağa çağırdı.
Proqramın koordinatoru Ağa Səlimov tələbələrin böyük maraqla qatıldığı təqdimatda iştirakçılara “Bir” Tələbə-Könüllü proqramı, ölkəmizdə könüllülük fəlsəfəsi, proqramın əsas istiqamətləri və proqramın fəaliyyətlərində iştirak imkanları, BİR könüllü olmağın üstünlükləri haqqında məlumat verdi. Bildirdi ki, ölkəmizdə irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər böyük rol oynayır.
Təqdimatın aparıcısı Əli Faiq Mirzə tələbələri “Bir” Tələbə-Könüllü proqramına qoşulmağa səslədi. Qeyd etdi ki, bu proqram gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etmək, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, yeni dostlar qazanmaq imkanlarını yaradacaq.
Sonra “Bir” Tələbə-Könüllü Proqramının 2018-ci il üzrə hesabatı, könüllülərin videoçarxı nümayiş olundu.
Təqdimatın sonunda “BİR” Tələbə-Könüllü Proqramı ilə bağlı videoçarx nümayiş etdirildi, maraqlı oyunlar keçirildi, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırıldı. İnteraktiv üsulla keçirilən təqdimatda tələbələr könüllülük haqqında fikirlərini bölüşdü, kreativ təşəbbüslərlə çıxış etdilər.
SDU-nun Mtbuat Xidmti