Birləşmiş Ərəb Əmirliklərindəki Şarjah Universitetində İslam Dünyası Universitetləri Federasiyası (FUIW) İcraiyyə Şurasının 23-cü sessiyası keçirilib. İcraiyyə Şurasının sədri Əhməd Əl-Əməri federasiyanın fəaliyyəti barədə hesabat verib, FUIW çərçivəsində əməkdaşlığın perspektivlərindən danışıb.
Sessiyanın açılışında çıxış edən İSESKO-nun Baş direktoru və federasiyanın baş katibi Salim Əl-Malik İslam ölkələri universitetləri arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə elmi tədqiqatların, xüsusən müasir innovativ layihələrin əhəmiyyətindən bəhs edib, rəhbərlik etdiyi təşkilatın bu prosesə dəstəyinin davam edəcəyini vurğulayıb.
Sonra FUIW-in bir illik maliyyə hesabatı, federasiyanın baş katibinin məruzəsi dinlənilib, habelə yeni universitetlərin üzvlük müraciətlərinə baxılıb.
Xatırladaq ki, federasiya İSESKO-nun himayəsi altında 1987-ci ildən fəaliyyət göstərir və hazırda 347 universiteti birləşdirir. Azərbaycan Dövlət İqtisad Universiteti də FUIW-in üzvüdür və o, 2017-ci ildə federasiyanın İdarə Heyətinə seçilib.
Tehsil-press.az