ADU-da “Koreyaya nəzər” adlı elmi konfrans keçirilib

ADU-da “Koreyaya nəzər” adlı elmi konfrans keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Koreyaya nəzər” adlı elmi konfrans keçirilib.
Konfransda çıxış edən Koreya Mədəniyyət Mərkəzinin müdiri Bahar Əliyeva rəhbərlik etdiyi qurumun son zamanlar akademik istiqamətdə fəaliyyətini vurğulayıb. O, gələcəkdə belə elmi konfrans və seminarların keçiriləcəyini qeyd edib.
Konfransda “Koreyanın Azərbaycandakı imici” (Bahar Əliyeva), “Koreya və Azərbaycan dillərində atalar sözlərinin müqayisəsi” (Aytən Əlinəvəsi), “Koreya dilini öyrənən azərbaycanlı tələbələr üçün Koreya dili qrammatika dərsliyinin hazırlanması” (Nərmin Məhərrəmova), “Koreya dilini öyrənən başlanğıc səviyyə tələbələrinin qrammatik səhvlərinin tədqiqi” (Vüsalə Həsənova) və s. mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Tələbələr “Yumşaq güc” (Zərbəyim Həsənova), “Koreya dalğasının Azərbaycanda yaranması və yayılması” (Aydan Hacıyeva), “Konglish” (Elvin Nuh), “Cənubi Koreyada Yəmən qaçqın problemi: Jejudo adasında qaçqın krizisi” (Araz Hüseynzadə) və s. mövzularda çıxış ediblər.
Konfransda İnha Universitetindən dəvət olunmuş professorlar da iştirak edərək fikir mübadiləsi aparıblar.

Tehsil-press.az



Oxşar xəbərlər