Balakən rayonu Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda tədbir keçirilib.
Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na və nazirliyin müvafiq əmrinə uyğun olaraq təşkil edilib.
Tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi üçün daha diqqətli olmağa çağırmaq, ümumtəhsil məktəblərində təhsil alan uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verməkdir.
Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev çıxış edərək bildirib ki, sözügedən dövlət proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.
Balakən Rayon Polis Şöbəsinin yol patrul xidmətinin baş inspektoru Abuzər İsmayılov yol nişanları barədə məlumat verib, piyadanın vəzifələri haqqında ilkin təsəvvür yaratmağa çalışıb.
Daha sonra qeyd edilən məktəbin “Yol polisinin gənc dostları” klubunun üzvləri çıxış ediblər. Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Cırtdan yol hərəkət qaydalarını öyrənir” adlı səhnəcik nümayiş etdirilib. Hənifə, Qaysa, Talalar kənd 1 nömrəli, Şərif kənd 1 nömrəli, Zərifə Əliyeva adına şəhər 3 nömrəli tam orta məktəb və liseyin şagirdlərinin çıxışları dinlənilib.
Tehsil-press.az