Yardımlı rayonu Ə.H.Mirzəyev adına Honuba kənd tam orta məktəbinin kollektivi Xocalı soyqırımının 28-ci ildönümünü anıblar.
Xocalı faciəsinin dəhşətləri haqqında söhbət açılıb və bu qanın yerdə qalmayacağı vurğulanıb.Qeyd olunub ki, hazırda Azərbaycanımızın güclü ordusu var və Qarabağ tezliklə düşmən tapdağından azad olunacaq. Hətta bu prosesə çoxdan başlanılıb .Bunun bariz nümunəsi 2016-cı ilin aprel döyüşləridir.
Çıxış edən müəllimlər istər birinci Qarabağ savaşında istərsə də Aprel döyüşlərində məktəbimizin məzunlarının da fəal iştirak etdiklərini və bu yolda məktəbimizin 3 yetirməsinin qəhrəmancasına Şəhid olduğunu qeyd ediblər. Məktəbin şagirdlərinin bu qəhramanların izi ilə addımlayacağına əminliklərini ifadə ediblər.
Daha sonra şagirdlər hazırladığı şeir və məqalələrlə çıxış edib, bu faciənin qisasının alınacağı günün uzaqda olmadığına inandıqlarını qeyd ediblər.
Sonda müəllimlərin təşkilatçığı ilə şagirdlər fləşmob keçiriblər. Onlar bu gün müqəddəs "XOCALI" adını məktəbin həyətində yazsalar da, hamısı inanır ki, növbəti 26 fevralda bu soyqırımını Xocalının özündə anacaqlar. Buna təkcə o gül balalar yox, hər birimiz inanırıq!
İnanırıq ki, gec ya tez bu qisas alınacaq!
Zəlimxan Yaqubun dediyi kimi;
Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri qala yıxım , bürc alım.
Xocalm, ay Xocalım !

Honuba kənd tam orta məktəbinin müəllimi
Vəzir MİRZƏYEV
Vəzir MİRZƏYEV