Mehmanxana biznesində kadr və servis problemləri müzakirə edilib

Mehmanxana biznesində kadr və servis problemləri müzakirə edilib “Mehmanxana biznesində kadr, servis problemləri və onların həllində Azərbaycan Turizm və Menecment Universitetinin rolu” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbir Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Rektor İlham Mədətov tədbirin mövzusunun müasir dövr üçün aktuallığını qeyd edib, tədris prosesinin səmərəli təşkilində kurikulumların sənayenin tələbləri ilə uzlaşmasının əhəmiyyətindən danışıb. O, mehmanxana və restoranlarda müştəri xidmətlərinin aşağı səviyyədə olduğunu deyib.
Rektor 2018/2019-cu tədris ilində ATMU-da tələbələrin istehsalat, elmi-tədqiqat və pedaqoji təcrübəsinin yüksək təşkilinə xüsusi diqqət ayrıldığını, hazırlıqlı kadrlara üstünlük verildiyini, bu işdə universitetdə yeni yaradılan strukturun – “Karyera və kommunikasiya” mərkəzinin xüsusi əhəmiyyət daşıyacağına əminliyini vurğulayıb.
Elmi-praktik seminar geniş fikir mübadiləsi şəraitində maraqlı təkliflərin irəli sürülməsi ilə başa çatıb.

ATMU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər