Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün kafedra müdirlərinin iştirakı ilə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və elmi pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi yolları müzakirə edilib.
Müzakirələr zamanı dissertasiya işlərinin həcminə deyil, aktuallığına və əldə olunan nəticəyə önəm verilməsi, müdafiə ilə bağlı sənədlərin sayının minimuma endirilməsi təklif edilib. Həmçinin dissertasiya işlərinin müdafiəsinin mümkün qədər elektronlaşdırılması diqqətə çatdırılıb. Dünya təcrübəsinə əsaslanaraq, elmlər doktoru (PhD) dərəcəsi olan şəxslərə professor adının verilməsi məsələsinə baxılaraq bunun məqsədəuyğun olduğu bildirilib.
Ali Attestasiya Komissiyasının ekspert şuralarının ləğv edilməsi, sənədləşmə və bütün proseslərə nəzarət funksiyasının bu quruma verilməsi, ixtisasların pasportlaşmasının aparılması, elmlərin təsnifatına, aparıcı təşkilatlar və opponentlərin zəruriliyi məsələsinə yenidən baxılması təklif olunub.

UNEC-in Mətbuat Xidməti