Baş epidemioloq sosial şəbəkə fəallarına çağırış etdi: Koronavirusla bağlı şayiələrə inanmayın

Baş epidemioloq sosial şəbəkə fəallarına çağırış etdi: Koronavirusla bağlı şayiələrə inanmayın Azərbaycan karantin xəstəlikləri ilə mübarizədə istənilən maliyyə və texniki imkanlara, yüksək hazırlıqlı kadr potensialına malikdir.
Bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış" mövzusunda maarifləndirici seminarda çıxış edən zaman Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı görülən işlərdən söz açan baş epidemioloq bildirib ki, ölkədə mövcud olan Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin bu istiqamətdə gördüyü işlər xarici ekspertlər tərəfindən çox yüksək qiymətləndirilib.
Natiq, həmçinin jurnalistləri və sosial şəbəkələrin fəallarını Azərbaycanda koronavirus epidemiyası haqqında danışarkən ehtiyatlı və məsuliyyətli olmağa, şayiələrin yayılmasına yol verməməyə çağırıb.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bugünkü tədbirin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə elmi ictimaiyyətin maarifləndirilməsi məqsədilə təşkil olunduğunu deyib, ölkədə yeni növ koronavirusun yayılmasına qarşı dövlətimiz tərəfindən görülən müxtəlif qabaqlayıcı tədbirlərdən, rəsmi orqanlar tərəfindən verilən məlumatlara əsaslanmağın vacibliyindən, problem ətrafında süni təşviş yaradılmasının ziyanlarından danışıb.
İ.Hüseynova viruslar, onların mənşəyi, yaranması və yayılması, davamlılıq mexanizmləri, həmçinin yoluxucu xəstəliklərlə mübarizə yolları barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, dünyanın 81 ölkəsində koronavirusa (COVİD-19) 93574 yoluxma və 3204 ölüm halı baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər