AMEA-nın Fizika İnstitutunun əməkdaşları koronavirusla bağlı maarifləndirilib

AMEA-nın Fizika İnstitutunun əməkdaşları koronavirusla bağlı maarifləndirilib Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Həmkarlar Komitəsi (HK), Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə iclas keçirilib.
HK-nın sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova tədbirin koronavirusla bağlı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Çində epidemiya halı almış koronavirusla əlaqədar AMEA Azad Həmkarlar İttifaqı vətəndaşların maariflənməsi istiqamətdə tədbirlərin görülməsi haqqında qərar qəbul edib.
Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin müdiri Sevinc Ağalarova koronavirusun ilk simptomları, qabaqlayıcı tədbirlər, şəxsi gigiyena qaydaları haqqında institut əməkdaşlarına məlumat verib.
Sonda iştirakçılara profilaktik tədbirlər haqqında məlumat kitabçaları paylanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər