Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycana vermiş olduğu töhfə heç bir qurum tərəfindən mütləq şəkildə qiymətləndirilə bilməz. Bunun dəyəri o qədər böyükdür ki, qiymətini ancaq illər sonra həmin məzunların ölkənin inkişafına verdiyi töhfədən bilmək mümkün olacaq.
Bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində təşkil olunmuş DAAD təqaüdçülərinin ilk simpoziumunda çıxış edən professor Mustafa Babanlı deyib. O, DAAD təqaüdçüsü olduğunu və bu təşkilatın Azərbaycanın təhsil siyasətində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, təqribən iki yüz əvvəl Azərbaycana gəlmiş alman xalqının nümayəndələri azərbaycanlılarla mehriban şəkildə bir qəsəbədə yaşayıblar. Bunun həm azərbaycanlıların, həm də burada yaşayan almanların mədəniyyətinə mühüm təsiri olub.
“Universitetlərimizdə DAAD məzunlarına yaxşı mənada xüsusi bir münasibət var. Belə bir fikir formalaşıb ki, əgər hər hansı bir şəxs DAAD tərəfindən seçilibsə və bu xətlə tədqiqat işlərinə cəlb edilibsə, bu mütəxəssislər gələcəkdə universitetlərdə aparılacaq elmi işlərə ciddi töhfə verə bilərlər”, - deyə M.Babanlı əlavə edib.
Tehsil-press.az