Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Fikrət Cahangirov İngiltərənin Oksford Universitetində keçirilən beynəlxalq sosial elmlər konfransında “Dil və mədəni kimlik” mövzusunda məruzə ilə çıxış edib.
Fikrət Cahangirov məruzəsində dil və mədəniyyətin əlaqəsi, mədəni kimliyin sərhədləri, mədəniyyətlərarası dialoq məsələlərinə toxunub. Alim, eyni zamanda, multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olmasını xüsusi qeyd edib. Konfrans iştirakçıları multikulturalizmin Azərbaycan modelini maraqla qarşılayıblar.
Konfransın bir bölməsinin iclasına da Fikrət Cahangirov sədrlik edib.
Qeyd edək ki, beynəlxalq sosial elmlər konfransı 15-ci dəfədir keçirilir. Konfransın keçirildiyi 3 gün müddətində dünyanın 16 ölkəsindən gəlmiş iştirakçılar 26 məruzəni dinləyərək müzakirə ediblər.
Tehsil-press.az