Pəhriz və həblərsiz toksinlərdən azad olun

Pəhriz və həblərsiz toksinlərdən azad olun Amerikalı mütəxəssislər orqanizmin toksinlərdən təmizlənməsi üçün bu gün dəbdə olan smuzi, detoks pəhrizlər və qida əlavələrinin effektivliyini şübhə altına alıblar.
Tibb işçiləri qeyd edir ki, sağlam orqanizm toksinləri özü də xaric etməyə qadirdir. Lakin zərərli maddələrlə mübarizə üçün təsiri olan üsullar da var. Müxtəlif növ əlavələrlə dolu smuzini içmək qədər asan olmasa da, nəticəsi heyrətamizdir.
Orqanizmə detoksikatsiyada kömək etmək üçün, ilk növbədə, müntəzəm fiziki fəaliyyət gərəkdir. Bu, sadə idman hərəkətləri, rəqs və ya səhər qaçışı da ola bilər. Daha bir vacib şərt – sağlam qidalanmaq, eləcə də siqaret və alkoqol istifadəsindən imtina etməklə sağlam həyat tərzi sürməkdədir.
Həkimlər əmindir: orqanizmə toksinlərdən qurtulmaq üçün şübhəli preparatlar içməmək, həyat tərzini dəyişməklə də kömək etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər