“Azərbaycanda hər hansı ərzaq çatışmazlığından söhbət gedə bilməz”

“Azərbaycanda hər hansı ərzaq çatışmazlığından söhbət gedə bilməz” İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov pandemiya dövründə ölkənin ərzaq ehtiyatı ilə bağlı məsələdən danışıb.
Nazir müavini dövlət televiziyasının efirində deyib ki, ölkənin ehtiyatları 3 il ərzində mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsiylə bağlı kifayət edir:
“Bizim bu gün ehtiyatlarımız ərzaq təminatı sahəsində kifayət qədər imkanlar yaradır ki, biz özünütəminat məsələlərində rahat şəkildə addımlarımızı ataq. Bu günə qədər görülmüş işlər nəticəsində ölkənin əsas strateji məhsullar üzrə özünü təmin etmə səviyyəsi yüz faizi ötüb. Hətta bizim ixrac potensialımız da formalaşıb. Ona görə də hər hansı bir ərzağın çatışmazlığından söhbət gedə bilməz. İdxal imkanlarımız da var. Əhalinin təlabatına uyğun olaraq idxal məhsullarımız da olur. İdxalçılarımızla da iş aparılır”.

Tehsil-press.az

Oxşar xəbərlər