Evdə qal – Mütaliədən qalma!

Evdə qal – Mütaliədən qalma! Yeni növ koronavirus (COVİD-19) pandemiyasının bugün Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə qətiyyətli tədbirlər görülür. Ölkədə xüsusi karantin rejimi elan olunub, insanların təhlükəsizliyi naminə sərt qadağalar tətbiq edilib. Son yüz ildə bəşəriyyətə ən güclü həmlələrdən hesab edilən infeksiya səbəbindən ölkəmizdəki təhsil müəssisələrində tədris prosesi dayandırılıb, əhaliyə özünütəcrid tədbirlərinə uyğun davranmaq tövsiyə olunub. Bəşəriyyətin sınağa çəkildiyi bu günlərdə evdə keçirdiyiniz “koronovirus tətili”ni səmərəli keçirmək, əlavə bilik əldə etmək, dünyagörüşünü artırmaq, asudə vaxtınızı dəyərləndirmək üçün mütaliə ən yaxşı vasitələrdəndir. Həyatı boyu insanı müşayiət edən kitab-bilik-mütaliə onun etibarlı məsləhətçisi və dostudur.
Tələbə-gənclərin estetik və mənəvi tərbiyəsində, dünyagörüşünün zənginləşməsində, vətəndaş kimi formalaşmasında mütaliənin rolunu nəzərə alaraq, sizi BDU Radionun təqdimatında “Ədəbi incilər” verilişini dinləməyə dəvət edirik. Veriliş BDU-nun Jurnalistika fakültəsinin tələbələri tərəfindən hazırlanmışdır.
İlk veriliş: Tanınmış Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin "Son bahar" hekayəsi.
#evdəqalın #mütaliədənqalmayın

Tehsil-press.az



Oxşar xəbərlər