Koronavirus səbəbindən daha bir nüfuzlu tədbir ləğv olundu

Koronavirus səbəbindən daha bir nüfuzlu tədbir ləğv olundu Fransada keçirilən Avinyon Teatr Festivalı koronavirus pandemiyası səbəbindən ləğv olunub. Bu barədə məlumatı festivalın direksiyası yayıb.
“Bu ilin şərtləri 74-cü Avinyon Teatr Festivalının keçirilməsinə imkan vermir”, - festivalın direktoru Olivye Pinin açıqlamasında qeyd edilir.
Direktor bildirib ki, qərar Prezident Emmanuel Makronun xalqa olan müraciətindən sonra verilib. Fransalı lider deyib ki, davam edən pandemiya səbəbindən ən azı iyulun ortasınadək ölkədə heç bir kütləvi tədbir keçirilməyəcək. Avinyon Teatr Festivalının isə 3-23 iyul tarixlərində keçirilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, 1947-ci ildən keçirilən Avinyon Teatr Festivalında dünyanın bir çox ölkələrindən gəlmiş teatr truppaları iştirak edir. Bu festivalın nüfuzu Kann Kino Festivalı ilə eyni səviyyədə qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər