Türkiyədə koronavirusa yoluxmanın artım tempi zəifləyir

Türkiyədə koronavirusa yoluxmanın artım tempi zəifləyir Türkiyədə koronavirusa yoluxmaların artım tempində yavaşlanma müşahidə olunub.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
Açıqlamada qeyd olunub ki, ötən gün Türkiyədə 4,062 yeni yoluxma faktının aşkarlanması ilə aprelin 11-dən etibarən günlük yoluxma sayında geriləmə müşahidə olunur.
Ümumilikdə 443,626 insanın koronavirusa görə testdən keçdiyi, 65,111 nəfərdə koronavirus aşkarlandığı bildirilib.
Xəstəlik səbəbindən bu günə qədər 1,403 nəfər həyatını itirib, 4,799 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin qeyd olunub ki, epidemiyanın eniş nöqtəsinə 4-cü həftədə çatmaqla Türkiyə bu göstəricidə ABŞ, Almaniya, Çin və Fransa kimi ölkələri geridə qoyub.

Tehsil-press.az

Oxşar xəbərlər