Bakı Biznes Universitetinin əməkdaşları beynəlxalq təlimlərdə iştirak iştirak etmişlər

Bakı Biznes Universitetinin əməkdaşları beynəlxalq  təlimlərdə iştirak iştirak etmişlər Bakı Biznes Universitetinin əməkdaşları oktyabrın ikinci ongünlüyündə İsveç Krallığının Kral Texnologiya Universitetində keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı beynəlxalq təlimlərdə iştirak etmişlər.
Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universiteti İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universitetində 7 ölkənin iştirakı ilə keçirilən beynəlxalq təlimlərdə iştirak etmişdir. Təlimlərdə Yaponiya, Çin, Braziliya, Argentina, Kolumbiya, Çili və layihənin üzvü olan 11 Azərbaycan universitetlərindən nümayəndələr iştirak etmişdir.
Bakı Biznes Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor Eşqin Bayramov, Layihələr şöbəsinin müdiri Gülşən Bayramova və Keyfiyyət Təminatı Mərkəzinin direktoru Cavidan Heydərov təmsil etmişdir. 5 gün davam edən təlimlərdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO təşkilatının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya Universiteti tərəfindən təqdimatlar edilmiş, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və faydalı müzakirələr edilmişdir. Təlimlərinin yekununda Universitet nümayəndələri beynəlxalq sertifkatlarla təltif olunmuşdur.

BBU-nun Mətbuat Xidməti


Bakı Biznes Universitetinin əməkdaşları beynəlxalq  təlimlərdə iştirak iştirak etmişlər

Oxşar xəbərlər