Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi "Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı layihənin 5 günlük növbəti təlim- toplantısı 3 iyun 2019-cu il tarixində İspaniyanın Alicante şəhərində öz işinə başlamışdır. Təlim-toplantılarda layihə tərəfdaşları olan 11 Azərbaycan universitetlərinin nümayəndələri ilə yanaşı, Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi, İsveçin Kral Texnologiya Universiteti, İngiltərənin Middlesex Universiteti və Litvanın SMK Universitetinin nümayəndələri də iştirak etmişlər. Təlimlərin ilk günündə layihənin icrası müddətində əldə edilən uğurlar və qarşıda duran fəaliyyətlərin gücləndirilməsi üçün mümkün olan imkanlar və eyni zamanda risklər barəsində təqdimatların nümayiş etdirilməsi, müzakirəsi və onların xarici mütəxəssislər tərəfindən qiymətləndirilməsi və Alicante Universitetinin Keyfiyyət Təminatının daxili strukturu və prosedurlarının təqdimatı keçirildi.
Təlimlərin növbəti günlərində İspaniya Milli Keyfiyyət Təminatının təqdimatı, əsas fəaliyyət göstəricilərinin monitorinq və qiymətləndirmə mexanizmləri, nəzarəti və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi, innovativ tədris metodlarının tətbiqi, akademik heyət üçün karyera inkişaf proqramlarının yaradılması və növbəti fəaliyyət planları haqqında müzakirələrin aparılması nəzərdə tutulmuşdur.
BBU-nun Mətbuat Xidməti