“COVID-19” tədqiqat mərkəzlərinə kiberhücumlar artıb

“COVID-19” tədqiqat mərkəzlərinə kiberhücumlar artıb ABŞ Federal Təhqiqatlar Bürosu direktoru köməkçisinin müavini Tonya Uqorets koronavirus infeksiyasının (COVID-19) tədqiqi ilə məşğul olan elmi mərkəzlərə kiberhücumların sayının artmasını açıqlayıb.
"The New York Times" nəşrinin məlumatına görə, cinayətkarlar xarici dövlət orqanlarının adı altında fəaliyyət göstərir.
"Tərəfimizdən xüsusilə koronavirus infeksiyasının tədqiqi sahəsində tədqiqatlar üzərində çalışan bir sıra müəssisələrə qarşı kəşfiyyat fəaliyyəti və müdaxilələr qeydə alınıb", - o qeyd edib.
Büro nümayəndəsinin sözlərinə görə, xarici dövlətlər tərəfindən dəstəklənən kibercinayətkarlar əvvəllər də bioəczaçılıq sənayesini hədəfə alıblar. Lakin koronavirus pandemiyası başladıqdan sonra hücumların sayında artım müşahidə olunur.
Hücumlara görə məsuliyyət daşıyan ölkələrin və zərərçəkən şirkətlərin adı açıqlanmır.

Tehsil-press.az

Oxşar xəbərlər