Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə operativ işlər görülür. AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə bu elmi müəssisənin əməkdaşları üçün dünya ölkələrində aşkarlanan koronavirus epidemiyasına qarşı (COVID-19) maarifləndirici tədbir keçirilib. Tədbirdə Yasamal Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin həkimi Nəzakət Məmmədova koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yollarına dair ətraflı məlumat verib. Əməkdaşların sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etmələri və hər hansı xəstəlik simptomlarına rast gəldikdə dərhal həkimə müraciət etmələri tövsiyə olunub.
Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” imzaladığı müvafiq sərəncam Botanika İnstitutunun bütün şöbə və laboratoriya əməkdaşlarının diqqətinə çatdırılıb. Həmin Sərəncama uyğun olaraq institutda mütəmadi şəkildə profilaktik tədbirlər həyata keçirilir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün elmi müəssisənin laboratoriyaları, konfrans zalı, muzey, kitabxana və dəhlizlərində dezinfeksiya işləri aparılıb.
Tehsil-press.az