Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tərəfdaşı olduğu “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi” (ITACA) qrant layihəsi çərçivəsində tərəfdaşların onlayn görüşü keçirilib.
Görüşdə qarşıda duran məsələlər və onların həlli yolları müzakirə edilib. Onlayn tədbirdə İtaliyanın La Sapienza Universitetinin professoru Luka Di Palma, İspaniyanın Qranada Universitetinin professoru İsus Qonzales, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, eləcə də digər məsul şəxslər iştirak ediblər. Tədbirdə AzMİU-nu Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev və Xarici əlaqələr şöbəsinin müdiri, eləcə də Ekologiya kafedrasının müəllimi Fərhad Əliyev təmsil ediblər.
Xatırladaq ki, 2019-2022-ci illəri əhatə etməli olan ITACA layihəsi İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu, Danimarkanın Aalotg Universiteti, İspaniyanın Qranada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH" şirkətinin, eləcə də Azərbaycanın 4 universiteti və 2 təşkilatı tərəfindən həyata keçirilir. Layihə Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların reabilitasiyası ilə məşğul olan xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, eyni zamanda, bu sahədə analiz aparan və çirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni treninq mərkəzinin yaradılmasını nəzərdə tutur.
Layihə çərçivəsində tərəfdaşların cari ilin mart ayında Bakıda keçirilməli olan ilkin tanışlıq görüşü mövcud pandemiya şəraiti və karantin rejiminin tətbiqi ilə əlaqədar təxirə salınıb.
Tehsil-press.az